BakuJobs

Marketinq şöbə rəhbəri

Xalq Sığorta
BakıApr 15108 baxış

Vakansiya təsviri

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil ( Müvafiq sahə üzrə);
  • Dil bilikləri- Azərbaycan dili və ingilis dilləri əla səviyyədə, rus dili arzu olunandır;
  • Minimum 5 il iş təcrübəsi (Sığorta və ya Bank sahəsində);
  • Kompyuter bilikləri: MS Office proqram bilikləri, Süni İntellekt alətlərinin tətbiqi;
  • Marketiq üzrə beynəlxalq və yerli sertifikatların olması üstünlükdür.

İş haqqında məlumat:

  • Marketinq strategiyasının, marketinq planının va büdcə planlamasının hazırlanması;
  • Şirkətin yerli bazarda mövqeyini müəyyənləşdirmək, 
  • Şirkətin PR va Reklam siyasətinin hazırlanması;
  • Bazar payı, satış kanallarındakı rəqiblərinin fəaliyyəti sahəsində davamlı araşdırmaların aparılması;
  • Bazar tələbatları, potensial müştəri ehtiyaclarını müəyyən etmək, araşdırmaq və müvafiq məhsul və ya xidmətləri tövsiyyə etmək;
  • Satışın artırılmasına yönəlik kompaniyalar təşkil etmək və hesabatlılığı təmin etmək;
  • Şirkətin sosial media hesablarını idarə edilməsinə nəzarət etmək, kontentin yaradılmasında birbaşa iştirak etmək;
  • Müştəri məmnunluğunun artırılmasına, şirkətin imicinin yüksəlməsinə nail olmaq və bu məqsədlə biznesin digər strukturlarının effektiv çalışması üçün müvafiq təkliflərin verilməsi.

İş şərtləri:

  •  İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  •  İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
  •  Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
  •  İmtiyazlar: Könüllü tibbi sığorta;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Marketinq şöbə rəhbəri) qeyd edərək, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.      

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiyalar

Oxşar vakansiya tapılmadı