BakuJobs

Keyfiyyətin Təminatı və Nəzarət Bölməsinə Mütəxəssis

Ekol Mühəndislik Xidmətləri QSC
Tam ştatMühəndislik
BakıApr 275443 baxış

Vakansiya təsviri

“Ekol Mühəndislik Xidmətləri” QSC komandamıza Keyfiyyətin Təminatı və Nəzarət Bölməsinə Mütəxəssis axtarırıq!

Bu vəzifə şirkətimizin keyfiyyət idarəetmə sistemlərinin səmərəli işləməsini təmin etmək, prosedurların təkmilləşdirilməsində və daxili sənədləşmənin idarə olunmasında iştirak etmək imkanını verir.

Əsas vəzifələr:

  • Şirkətdə keyfiyyət idarəetmə sisteminin (ISO 9001:2015) tətbiqinə və inkişafına nəzarət etmək;
  • Aidiyyəti üzrə proses və prosedurların (təlimatlar, qaydalar) hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
  • Struktur bölmələrdə keyfiyyət standartlarının icrasının yoxlanılması;
  • Uyğunsuzluqların aşkar edilməsi və aradan qaldırılması üzrə tədbirlərin görülməsi;
  • Auditlərdə iştirak və hesabatların hazırlanması.

Tələblər:

  • Ali texniki təhsil və ya uyğun peşə təhsili;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Keyfiyyət idarəetmə sistemləri üzrə biliklər (ISO 9001:2015);
  • CSWIP 3.0 & 3.1 sertifikatları üstünlükdür;
  • MS Office proqramları ilə sərbəst işləmə bacarığı (Word, Excel, PowerPoint, Outlook və s.);
  • Analitik düşünmə və problemləri təhlil etmə bacarığı;
  • Sənədlərlə və prosedurlarla işləmə bacarığı;
  • Azərbaycan dili, İngilis və Rus dili biliyi üstünlük hesab olunur.

Biz təklif edirik:

  • Şirkət tərəfindən təmin olunan nahar;
  • Könüllü tibbi sığorta;
  • Karyera və bacarıqların inkişafı imkanları.

Müraciət:

📩 CV-nizi mövzu sətrində “Keyfiyyətin təminatı və nəzarət bölməsinə mütəxəssis” qeyd edərək hr.group@ekol.az ünvanına göndərin.